30 Mart 2024, Şənbə
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə

Xarici futbol

Özil: “Növbəti mövsümdə də “Arsenal”da qalacağam”

Məsut Özil “Arsenal”ı tərk etmək fikrində deyil.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə o deyib: “Arsenal”dakı durumumdan məmnunam. Növbəti mövsümdə də komandada qalacağam. Gələcəyin mənə nə hazırladığını bilmirəm”.  

Özil komandanın hazırkı baş məşqçisi Mikel Arteta barədə də danışıb: “O, kluba ləyaqətini geri qaytarır - mübarizə, topa sahib olma, oyuna nəzarət. Bu, bizə uğur gətirir: hamı sevinir, üzlər gülür. Arteta “Arsenal”a uyğun gələn insandı”.

Qeyd edək ki, cari mövsüm elə də inamlı təsir bağışlamayan, Premyer Liqada meydana çıxdığı 12 oyunda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalan futbolçunun mövsümün sonunda “Arsenal”dan ayrılacağı deyilirdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31