19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

UEFA prezidenti: “Roma-Bakı səfəri ekstrim olacaq”

UEFA prezidenti Aleksander Çeferin bəyan edib ki, o, bu qurumun rəhbəri olduğu müddətdə “Avro-2020” kimi çempionat formatına imkan verməyəcək.

Futbolxeber.az saytının məlumatına görə, o, Polşanın “Sport” nəşrinə müsahibəsində deyib. 

Çeferin deyib ki, qarşıdakı yarış nəqliyyat problemlərinə görə çətinlik yaradacaq.

“Avro-2020 istisna formatdır. Mən əminəm ki, bu format bir daha təkrarlanmayacaq. Ən azı mən bu qurumun rəhbəri olduğum müddətdə. Bəli, mən bu formatın tərəfdarı deyiləm. Bu, loqistik baxımdan bizim üçün böyük çağırışdır. Hələ azarkeşlər barədə danışmıram. Onar millilərinin oyunlarına baxmaq üçün komandalarını izləməli olacaqlar. Fərqli valyutalar, bahalı aviabiletlər, otellər, vizalarla bağlı çətin qanunlar... Bəzi ölkələr Avropa Birliyinə daxil deyil. Bütün bunlar çoxlu problem yaradır.

Bizi qitə boyu səhayətlər gözləyir: Bakıdan Dublinə, Sankt-Peterburqdan Bilbaoya qədər. Bu, hər gün təkrar olacaq. Bu, asan deyil. Amma mən inanıram ki, bizdə alınacaq. Sonra biz Avropa çempionatı, kuboklarının daha əlverişi yerlərdə keçirilməsi məsələsinə baxacağıq”.

Çeferin bildirib ki, Avro-2020-nin formatı bir çox çatışmazlıqlar üzə çıxaracaq. “Mən təminat verirəm ki, bu, bir daha təkrarlanmayacaq. Bununla yanaşı hər hansı hadisə baş verməmiş indidən tənqid səsləndirməyin tərəfdarı deyiləm”.

UEFA prezidenti qeyd edib ki, Avro-2020-nin təşkilatçılarından bəzi ölkələr bu çempionatda oynamayacaqlar:

“Bu yarış ciddi sınaq olacaq. Romadan Bakıya səyahət ekstrim olacaq. Amma bir halda ki, geriyə yol yoxdur, mən nikbin olmağa çalışacağam. Biz maksimum əlimizdən gələni edəcəyik ki, turnir yüksək səviyyədə keçsin. Yekun nəticədə bu, tarixi hadisə olacaq”.

Qeyd edək ki, UEFA-nın 60 illiyi ilə əlaqədar Avropa çempionatının tarixdə ilk dəfə olaraq qitəninin 12 şəhərində keçirilməsi ideyası qurumun sabiq prezidenti Mişel Platiniyə məxsusdur. Lakin bu qərar artıq 2017-ci ildə, UEFA-ya Aleksander Çeferinin prezidentliyi dövründə qəbul olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30