20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Prosineçki: “İndi digər təkliflərdən danışmağın mənası yoxdur, çünki...”

"Vəziyyət ideal deyil, sonuncuyuq. Bura "Kayserispor"u liqada saxlamaq üçün gəlmişəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kayserispor”un yeni baş məşqçisi Robert Prosineçki Türkiyə klubuna təyinatı haqda danışarkən deyib.

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində Superliqanın sonuncu pilləsində olan Kayseri təmsilçisi ilə yaya qədər işləmək üçün razılığa gəldiyini bildirib: “Daha sonra nələr olacağını görəcəyik. Bu, özümüzü vəziyyətdən necə qurtaracağımızla bağlıdır".

Azərbaycan millisinə qayıdacağı deyilən 50 yaşlı çalışdırıcı digər təklifləri haqda danışmaq istəmədiyini qeyd edib: "İndi digər təkliflərdən danışmağın mənası yoxdur. Çünki "Kayserispor"u seçmişəm. Bundan sonra komandanı Superliqada saxlamağı düşünəcəyik. Komanda əvvəlki illərlə müqayisədə  liderlik səviyyəsindən uzaqdır. İndi heyət daha zəifdir, amma dəyişiklik edilməsi üçün danışımışıq. Dərhal hərkətə keçməli, bizi gücləndirəcək və çempionatda saxlayacaq oyunçuları almağa çalışmalıyıq".

Xatırladaq ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. O, 2012-2013-cü illərdə isə "Kayserispor"un baş məşqçisi olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30