20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Avro-2020-nin biletləri satışa çıxdı

Avro-2020 oyunları üçün biletlər bu gündən etibarən artıq satışdadır.

Futbolxeber.az saytının məlumatına görə, bilet satışının 2-ci mərhələsinin bu tarixdə başlanması 30 noyabrda keçirilən püşkatmadan sonra komandaların hansı qrupda və ev sahibi şəhərlərdə oynamasının bəlli olması ilə əlaqədardır.

Azarkeşlər bu gün saat 17:00-dan - 18 dekabr 17:00-a qədər yalnız www.euro2020.com/tickets saytı vasitəsilə Avro-2020 oyunlarına biletlər üçün müraciət edə biləcəklər. Hər bir oyuna bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, bilet satışı lotereya sistemi vasitəsilə həyata keçiriləcək. Lotereya qalibləri onlara email bildiriş gəldikdən sonra ödənişi həyata keçirib biletlərini əldə edəcəklər. Əgər loterayada iştirak edən müraciətçilərin sayı satışa buraxılan bilet sayından az olarsa boş qalan biletlər yanvar ayından etibarən birbaşa satışa çıxarılacaq.

Müraciətçilər özü də daxil olmaqla, maksimum 4 bilet ala bilər. Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 70 avro, üçüncü kateqoriya 30 avro dəyərində olacaq. Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.

Qeyd edək ki, çempionata ev sahibliyi edəcək digər 9 şəhərdən fərqli olaraq Bakı, Buxarest və Budapeştin ev sahibiliyi edəcəyi oyunlar üçün biletlər daha ucuz qiymətlə təklif olunur.

UEFA Avro-2020 rəsmi qonaqpərvərlik satış paketləri (VIP biletlər) haqqında məlumat əldə etmək üçün EURO2020.com/hospitality linkinə keçid edə bilərsiniz.

Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb.

Bakıda keçiriləcək oyunların təqvimi belədir:

13 iyun

17:00. Uels - İsveçrə

17 iyun

20:00. Türkiyə - Uels

21 iyun

20:00. İsveçrə - Türkiyə

4 iyul

20:00. 1/4 final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya millisi bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30