18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

“Qarabağ”la oyunda 3 xal qazanmaq çox vacibdir”

“Oyunu səbirsizliklə gözləyirik. 3 xal qazanmaq çox vacibdir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  "Sevilya"nın futbolçusu Alexandro Pozo Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyunöncəsi mətbuat konfransında deyib.

20 yaşlı yarımmüdafiəçi baş məşqçi Xulen Lopeteqinin inkişafında xüsusi rola malik olduğunu bildirib: "Onunla eyni klubda olmaq fəxrdir. Lopeteqinin öyrətdiklərini tətbiq etməyə çalışıram. Ümid edirəm ki, uzun illər onun rəhbərliyi altında oynayaram".

Gənc oyunçu sabahkı qarşılaşmada iştirak edəcəyinə inanır: "Meydanda olmağı çox istəyirəm. Az oyun şansı əldə edənlər sabahkı matça daha böyük ümidlə baxırlar".

Qeyd edək ki, sabah "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 00:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30