25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

“Qarabağ”la oyunda təkcə 3 xal yox, 570 min avro qazandılar”

 “Oyundan əvvəlki vəziyyət, bilirsiniz, necə idi? Təsəvvür edin, bir neçə saatdan sonra yaxınlarınızdan birinin ad günüdür. Lakin həmin adam məhz yaxın adamların səhvi ucbatından yataqda xəstə yatır. Onu ayağa qaldırmaq öz əlinizdədir, sadəcə, bir az çalışmaq, dərdi tapmaq lazımdır. Eynilə APOEL kimi“.

Futbolxeber.az-ın məlumatına görə, bu fikirlər philenews.com saytında yer alıb. Sayt APOEL-lə “Qarabağ“ arasında keçirilən son Avroliqa matçı (2:1) barədə bu qeydləri edib:

“Qrup mübarizəsinə iki məğlubiyyətlə başlayıb işini çətinə salan “sarı-göylər”in taleyi öz əlində idi: “Qarabağ”la oyunlarda maksimum nəticə əldə etməli, qrupdan çıxmaq şanslarını yaxşılaşdırmalı, nəticədə ad günündə özünə möhtəşəm hədiyyə etməliydi. Hər iki oyunda inanılmaz xarakter göstərən Tomas Dollun komandası haqq etdiyi qələbəni qazandı.

Qazandıqları təkcə 3 xal yox, həm də 570 min avro oldu.İnsafən, bu pulun böyük hissəsi mükafat kimi Vid Beletsə verilməlidir. Hesab 1:0 azərbaycanlıların xeyrinə olanda sloveniyalı qapıçı ardıcıl üç dəfə komandasını 100 faizlik qoldan xilas etdi.

Bununla da komanda yoldaşlarına “ayılın” mesajını vermiş oldu. Beletsə nə verəcəklər, deyə bilmərəm. Amma “Sampdoriya”ya mütləq nəsə vermək lazımdı. Beletsin transfer hüquqlarını bu klubdan birdəfəlik almaq üçün“.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30