25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Rossi: "Azərbaycanla oyuna hazırlaşmaq çətin olacaq"

"Macarıstandan bizi dəstəkləməyə gələn azarkeşlərimizdən üzr istəyirəm. Komandamız batan gəmiyə bənzəyirdi. Amma mən kapitanam. Rəqibin bizdən güclü olduğunu bilirdik, lakin belə uduzmamalı idik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında deyib. Adi epizodlarda səhvə yol verdiklərini bildirən italiyalı mütəxəssis millimizlə qarşıdan gələn oyun haqda da danışb:

"Bugünkü məğlubiyyətdə hər kəsin günahı var. Dörd-beş inanılmaz fərdi səhvə yol verdik. Qələbə qazanmaq istəyiriksə, qarşıdakı oyuna tamamilə başqa münasibət göstərməliyik. Azərbaycanla bazar günü keçiriləcək oyuna hazırlaşmaq çətin olacaq. Ancaq komanda bir olub, inkişaf etməlidir.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30