19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

“Xəzər Lənkəran”dan erməninin komandasına: “Qarabağ bizimdi"

Həmyerlilərimiz tərəfindən Moskvada yaradılan və paytaxt çempionatının dördüncü divizionunda çıxış edən “Xəzər Lənkəran Moskva” klubu birincilikdə növbəti oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Xəzər Lənkəran Moskva” bu dəfə “Master A” ilə üz-üzə gəlib. Rəqibin heyətində bir neçə erməni futbolçu çıxış edir ki, onlardan da biri komandanın kapitanıdır.

Avroliqada “Qarabağ”ın səfərdə “Düdelanj”la keçirdiyi oyununda yaşanan qalmaqaldan sonra “Xəzər Lənkəran Moskva” erməninin kapitanı olduğu komanda ilə görüşdə maraqlı addım atıb.

Belə ki, komanda üzvləri meydana əllərində tutduqları kağız parçaları ilə çıxıblar ki, həmin kağızlarda da “Карабах наш” (Qarabağ bizimdir) sözləri yer alıb.

Qeyd edək ki, görüş “Xəzər Lənkəran” Moskva”nın 7:1 hesablı qələbəsi ilə başa çatıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30