19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Mübariz Mənsimov: “Beşiktaş”ın prezidenti olmaq fikrim yoxdur”

“Palmali” Şirkətlər Qrupunun rəhbəri, tanınmış iş adamı Mübariz Mənsimovun “Beşiktaş”a prezident olacağına dair iddialar yayılıb.

Futbolxeber.az saytının məlumatına görə, İstanbul klubunun İdarə Heyətinin üzvü olan azərbaycanlı iş adamı Türkiyədə fəaliyyət göstərən “Azərbaycan Kartalları” fan klubuna verdiyi açıqlamada bu iddialara münasibət bildirib:

“Klubu alacağıma dair iddialar yayılır. İlk olaraq deyim ki, bu, müzakirə mövzusu belə deyil. Çünki “Beşiktaş” satılmır. Prezident olacağıma dair iddialar da var.

Mən sadəcə, “Beşiktaş” azarkeşiyəm. Prezident olmaq kimi fikrim yoxdur. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. Klubuma da uğurlar diləyirəm”.

Xatırladaq ki, İstanbul təmsilçisinə 2012-ci ildən prezidentlik edən Fikrət Orman vəzifəsindən istefa verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30