24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Rakitiç millimizə qarşı oynamayacaq

Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığmasının heyətində dəyişiklik edilib.

Futbolxeber.az saytının məlumatına görə, "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç heyətdən kənarlaşdırılıb. Bunu yerli mətbuata müsahibəsində komandanın baş məşqçisi Zlatko Daliç deyib. O, qərarını belə izah edib:

"Rakitiçin klubu ilə bağlı taleyi hələ də müəyyənləşməyib. Onunla dünən danışdım və futbolçunun milli komanda üçün hazır olmadığı qənaətinə gəldim. Buna görə Rakitiç növbəti oyunlarda bizə qoşulmayacaq".

Daliç Rakitiçin əvəzinə "Kalyari"nin yarımmüdafiəçisi Marko Roqunu milliyə çağırdığını deyib.

Qeyd edək ki, Xorvatiya sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30