29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Səmədov karyerasını başa vurdu

Rusiya millisinin Azərbaycan əslilli sabiq futbolçusu Aleksandr Səmədov 35 yaşında karyerasını başa vurub.

Futbolxeber.az-ın məlumatına görə, bu haqda o, özünün rəsmi İnstagram səhifəsində xəbər yayıb.

Səmədov karyerası ərzində ona dəstək olan klublara, məşqçilərə, həkimlərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.

Xatırladaq ki, Rusiya futbolunun yetirməsi olan A.Səmədov “Spartak”, “Lokomotiv”, “Moskva”, “Dinamo” və “Krılya Sovetov”da oynayıb. 2000-ci illərin əvvəllərində o, Azərbaycan milli komandasının düşərgəsində təlim-məşq toplanışında olub. Lakin sonradan AFFA tərəfindən ona göndərilən təkliflərin heç birini qəbul etməyib.

Səmədov 2011-ci ildə seçimini Rusiya millisinin  lehinə edib və 2018-ci ilə qədər həmin komandada oynayıb.

Qeyd edək ki, son klubu "Krılya Sovetov"dan ayrıldıqdan sonra Səmədov karyerasını Rusiyadan kənarda davam etdirə biləcəyini bildirmişdi. O, verdiyi müsahibədə ad açıqlamasa da, Azərbaycan klubularından birindən də dəvət aldığını söyləmişdi.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31