20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

"Səbail"ə rəqib olan futbolçu: "Qarabağ"a qalib gələ bilərik"

"Düşünürəm ki, "Qarabağ"la oyun daha çətin keçəcək".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Universitetya Krayova" klubunun hücumçusu Karlos Fortes Avstriya toplanışı çərçivəsində "Orenburq"la yoxlama oyunundan (1:1) sonra Rumıniya mətbuatına açıqlamasında deyib. "Qarabağ"la keçirəcəkləri hazırlıq matçından danışan portuqaliyalı forvard Ağdam klubunu yaxşı tanıdığını bildirib:
 
"Qarabağ" ötən mövsüm Avroliqada "Sportinq"ə qarşı oynayıb. Yaxşı komanda olduğunu bilirəm. Ağır oyun olacaq. Amma bizim də yaxşı komandamız var. Qalib gələ bilə bilərik".
 
"Qarabağ" - "Universitetya Krayova" oyunu iyunun 25-də keçiriləcək. Ağdam təmsilçisi Avstriyadakı ilk sınağında Bolqarıstan çempionu "Ludoqorets"ə 0:2 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30