28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

UEFA Bakıdakı final haqda: 8.5 milyonluq mükafat

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı bəzi maraqlı incəlikləri açıqlayıb. Futbolxeber.az qurumun rəsmi saytında həlledici qarşılaşma ilə bağlı dərc olunan yazını təqdim edir:

FİNALDA KİM OYNAYACAQ?

Avropa Liqasının baş mükafatı uğrunda “Çelsi” və “Arsenal” yarışacaq. Avrokuboklarda bu iki ingilis klubu bir cütlükdə qarşılaşıblar. Çempionlar Liqasının 2003/04 mövsümünün 1/4 finalında “Çelsi” ümumi hesabda 3:2 qalib gələrək mərhələ adlayıb.

NOMİNAL MEYDAN SAHİBİ KİMDİR?

Mart püşkatması zamanı inzibati məqsədlər üçün nominal finalçı müəyyənləşib. Bu, “Ayntraxt” - “Çelsi” cütünün (indiki halda “Çelsi” - red.) qalibi olub. Hər iki komandanın futbolçuları əsas formasında oynaya biləcək. Amma əgər rənglər üst-üstə düşsə, nominal qonaqlar (indiki halda “Arsenal” - red.) ehtiyat formanı geyinməli olacaq.

FİNAL HARADADIR?

İlk dəfə olaraq Avropanın ən nüfuzlu kubokunun finalı Azərbaycanda keçiriləcək. Final Bakıdakı “Olimpiya” stadionunda olacaq. 2015-ci ildə açılışı olan bu arenada “Avro-2020”nin final mərhələsinin 4 matçı (üç qrup, bir 1/4 final oyunu) təşkil ediləcək. Stadion 70 minədək tamaşaçı tutumuna malikdir. Heç bir şübhə yoxdur ki, 1999-cu ildə Moskvada keçirilən finalın rekordu qırılacaq. Həmin vaxt “Parma” və “Latsio” arasındakı görüşü 62 min azarkeş izləyib.

VAR SİSTEMİ OLACAQMI?

Bu, VAR sisteminin tətbiq olunacağı Avropa Liqasının ilk matçı olacaq. Bundan başqa, əgər əlavə vaxt olarsa, komandalar 4-cü oyunçu dəyişdirmək hüququ qazanacaq.

HAKİMLƏR KİMDİR?

Matçı italiyalı Canluka Rokkinin rəhbərlik etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

QALİB NƏ QAZANACAQ?

Avropa Liqasının kubokunu. 15 kiloqram ağırlığı olan bu kubok Avropada çəkisinə görə ən ağır klub mükafatıdır. Qalib komandanın futbolçu və məşqçi heyəti üçün ümumən 40 medal nəzərdə tutulub. Bundan başqa, Avropa Liqasının qalibi 2019/20 mövsümündən Çempionlar Liqasının qrupunda oynamaq hüququ qazanacaq (maddi olaraq isə finalçı komandaların hər birinə 4,5 milyon avro, qalibə əlavə 4 milyon avro ayrılacaq - red.).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31