20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

“Maynts”ın prezidenti: "Azərbaycan klubuna qarşı oynamaq fayda verməz"

"Avropa Liqası-2 bizə lazımdırmı? Mən buna ehtiyac görmürəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Maynz" klubunun prezidenti Stefan Hofmann Almaniya mətbuatına açıqlamasında deyib.

UEFA -nın qarşıdakı illərdə tətbiq edəcəyi yeniliklərə münasibət bildirən klub rəhbəri bəzi format dəyişikliklərinin mənasız olduğunu bildirib. O, 2021/22 mövsümündən başlayacaq Avropa Liqası-2-də Azərbaycan kimi ölkələrin komandaları ilə oynamağın faydasız oldununu qeyd edib:

"Daxili çempionatda 7-ci yer uğrunda mübarizə aparmalısan ki, 2-ci və ya 3-cü təsnifat mərhələsində Azərbaycan, Qazaxıstan kimi ölkələrin klubları ilə qarşılaşasan. Bunu əlavə üstünlük saymıram. Bu ölkələrin klublarına qarşı oynamaq bir fayda verməz.

Dünya çempionatında 48 komanda iştirak edəcək və Çempionlar Liqasının formatı dəyişəcək. Bu sistemlərin uğurlu olub-olmadığını zaman göstərəcək. Mənim fikrimcə, bunlara gərək yoxdur. Düşünürəm, oyunlarda azarkeş coşğusu itəcək, onlar bu qarşılaşmalardan sıxılacaq".

Xatırladaq ki, "Maynz" Avroliqanın 2016-2017 mövsümündə "Qəbələ" ilə eyni qrupda mübarizə aparıb. Təmsilçimiz kimi Almaniya klubu da qrupda qalıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30