19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

"Srnanın Azərbaycanla oyun üçün milliyə qayıtmasına ehtiyac yoxdur"

"Dario uzun müddət əvvəl yığmadan gedib və qayıtmaq məqsədi də yoxdur”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri xorvatiyalı məşqçi İliya Lonçareviç ölkəsinin mətbuatına açıqlamasında deyib.

75 yaşlı mütəxəssis bir neçə il əvvəl milli karyerasını başa vuran Dario Srnanın müdafiəçi çatışmazlığı səbəbindən yığmaya qayıdıcağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, 37 yaşlı sabiq kapitanın milli komandaya dönməsinə ehtiyac olmadığını vurğulayıb: “Buna səbəb görmürəm. Çünki Azərbaycan və Macarıstanla oyun yığmamız üçün həlledici deyil. Mərhələ hələ yeni başlayır. Yalnız sonda, həlledici oyunlarda ehtiyac yaranarsa, bu məsələ gündəmə gələ bilər”.

Digər yerli məşqçilər Miroslav Blajeviç və Zoran Viliç də sorğuya cavab olaraq milli komandanın hazırda Srnaya möhtac olmadığını bildirib.

Qeyd edək ki Xorvatiya millisi martın 21-də millimizlə Zaqrebdə, 24-də isə Macarıstanla səfərdə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30