20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

UEFA Bakıda finalların yerini açıqlayacaq

2020-2021 mövsümündə Avropa Liqası, qadınlar arasında Çempionlar Liqası və UEFA Super Kubokunun final oyunlarına ev sahibliyi edəcək ölkələrin adları UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçiriləcək iclasında açıqlanacaq.
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə qitə futbol qurumun rəsmi saytı məlumat yayıb. Həlledici matçlara ev sahibliyi etmək üçün 7 milli assosiasiya UEFA-ya müraciət ünvanlayıb.
 
Gürcüstan (Boris Payçadze adına "Dinamo" stadionu, Tbilisi) və İspaniya (Ramon Sançes Pisxuan stadionu, Sevilya) Avroliqanın, Belarus ("Dinamo" stadionu, Minsk), Finlandiya (Olimpiya stadionu, Helsinki), Şimali İrlandiya ("Uindsor Park Milli Futbol Stadionu", Belfast) və Ukrayna, ("Metalist" stadionu, Xarkov) UEFA Superkubonun, İsveç ("Qamla Ullevi" stadionu, Qotenburq) isə Qadınlar arasında Çempionlar Liqasının final oyununu qəbul etmək üçün quruma lazımı sənədləri təqdim edib.
 
Kişilər arasında 2021-ci il Çempionlar Liqasının final oyununun məkanı isə Bakıda açıqlanmayacaq. Qitənin ən nüfuzlu klub turnirinin 2021, 2022 və 2023-cü il finallarına ev sahibliyi etmək istəyən ölkələrin adları UEFA-nın sentyabrda keçiriləcək iclasında müəyyənləşəcək. 
 
2021-ci il finalına Almaniyanın Münhen şəhərindəki "Alyans Arena" və Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadion namizəddir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30