20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

UEFA iki klubu araşdırır

Latviyanın iki klubunun avrokubok qarşılaşmaları UEFA-da şübhələrə səbəb olub.
 
Futbolxeber.az saytının məlumatına görə, qurum “Ventspils” və Yurmala “Spartak”ının oyunlarını araşdırır.
 
Bu üzdən də sonuncuların UEFA-dan almalı olduğu məbləğ hələ də klubun hesabına köçürülməyib.
 
Lakin Çempionlar Liqasında uduzub Avropa Liqasına yollanan Yurmala klubunun hansı oyununun şübhəli olduğu bəlli deyil. Avrokubokda iştiraka görə vəsaiti gecikmə ilə alan “Ventspils”in Avropa Liqasında “Lüfterari”ylə matçı şübhəlidi.
 
İlk görüşdə 5:0 hesabı ilə qalib gələn latviyalılar 2:3 hesabı ilə geridə olduqları cavab görüşünün 90+2-ci dəqiqəsində rəqibin aşkar, hətta şübhəli səhvindən sonra tarazlıq yaradıb.
 
Amma burada daha çox albaniyalılar günahkar sayıla bilər. Latviyanın digər iki təmsilçisi “Liepaya” və “Riqa” avrokubokdakı iştirakı üçün vəsaiti vaxtında alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30