29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

"Onun bunları başa düşəcəyinə şübhəm yoxdu"

“Barselona”nın futbolçusu Jerar Pike, La Liqanın 12-ci turunda “Betis”ə 3:4 hesabıyla məğlub olduqları oyunun iştirak ərizəsinə daxil edilməyən Osman Dembele haqda fikirlərini bildirib.
 
Futbolxeber.az saytının məlumatına görə, Pike İspaniya mətbuatına açıqlamasında Dembelenin heyətə düşməməsinin səbəbini deyib:
 
“Dembelenin kənarda qalması lazım idi. Hamımız ona kömək etməliyik. Gənc və güclü istedada malik futbolçudur. Ernesto Valverdenin onu heyətə daxil etməməsinə səbəb meydandan kənarda etdikləridi.
 
Hamımız gənc olmuşuq və səhvlər etmişik. Futbol 24 saat oynanılan bir oyundur. Yaşamaq və nəfəs almaq məcburiyyətindəyik. Dembelenin bunları başa düşəcəyinə şübhəm yoxdu”.
 
Dembele cari mövsümdə “Barsa” formasıyla 15 matçda iştirak edib. Fransız futbolçu bu oyunlarda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31