19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Ronaldo: "Mançester Yunayted" heç nə etmədi"

"Çempionlar Liqası xüsusi turnirdi. Burada hesabda öndə olsan belə arxayınlaşmaq olmaz. Çünki hər şey ola bilər. Oyun ərzində üstün tərəf biz idik və çox qol epizodu yaratdıq. Üç və ya dörd epizodda fərqlənə bilərdik. Amma son dəqiqələrə arxayınlaşdıq və cəzalandırıldıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Mançester Yunayted"ə 1:2 hesabı ilə  uduzduqları oyunu şərh edərkən deyib.
 
Portuqaliyalı fikirlərinə bu cür davam edib: "Mançester Yunayted" qələbə üçün heç nə etmədi. Onların uğur qazandığını demək düzgün deyil,çünki oyunu rəqibə hədiyyə etdik. Buna baxmayaraq, başımızı aşağı salmamalıyıq. Biz yaxşı oynadıq və yenə də qrup lideriyik. Paltardəyişmə otağında vurduğum qola təkrar baxdım. Möhtəşəm bir qol olduğunu söyləyə bilmərəm, amma yaxşı zərbə vurmuşam. Qol vurmağımdan məmnunam, amma qələbə qazana bilmədiyimiz üçün təəssüflənirəm. Əla komandamız var, amma finala hələ çox var. Burda insanlar kuboku qazanmağı arzulayır. Biz addımbaaddım hərəkət etməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30