26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Yurgen Klopp: "İdeya pis səslənmir"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa nəhənglərinin yeni turnir ideyası olan - Superliqa haqda mövqeyini öyrəniblər. Futbolxeber.az saytının məlumatına görə, almaniyalı mütəxəssis ideyanı dəstəklədiyini bildirib: “Bu məsələ mənə dəqiq aydın deyil. Ancaq ideya pis səslənmir. Ona görə ki, reallaşacağı təqdirdə, az oyun, çox pul olacaq.
 
Düzünü desəm, hansısa klubların bu haqda müzakirə apardıqları barədə məlumatım yoxdur. Amma onu bilirəm ki, bu ideya dərhal həyata keçməyəcək.
 
FİFA və UEFA isə özlərinin “gözəl” ideyalarını heç bir sual vermədən, dərhal həyata keçirirlər. Bir də görürsən ki, artıq 20 oyun çox keçiribsən, amma pul yoxdu”.
 
İdeyaya görə, 2021-ci ildə Çempionlar Liqası ləğv edilməli və Avropanın 11 nəhəng klubu Super Liqada mübarizə aparmalıdır. Onlar 20 il müddətində toxunulmaz olacaq, daha 6 klub isə Super Liqaya qonaq qismində dəvət ediləcək.
 
Ancaq məlumata görə, UEFA gizli danışıqlardan xəbər tutub və top-klublara vəd edib ki, ÇL-də maliyyəni artıracaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30