20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

"Fənərbağça" baş məşqçisini göndərir

"Fənərbağça" baş məşqçisi Filip Kokunu bu həftə istefaya göndərəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, klub rəhbərliyi 48 yaşlı hollandiyalı mütəxəssisin meneceri Rob Yansen ilə danışıqları davam etdirir.
 
Yansen İstanbul təmsilçisindən Koku və köməkçiləri üçün 3 milyon avro təzminat istəyib. "Fənərbağça" isə məşqçilər heyətinə komandadan ayrılmasından ötrü 1,5 milyon avro təklif edib. 
 
Danışıqların bu həftə içində yekunlaşması gözlənilir. Koku bu ilin iyun ayından komandaya rəhbərlik edir. "Fənərbağça" Türkiyə Super Liqasında 8 turdan sonra 8 xalla 15-ci pillədə qərarlaşıb. İstanbul klubu hələ də sabiq baş məşqçiləri Aykut Kocaman və Vitor Pereyranın maaşlarını ödəyir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30