28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Qriqorçuk Kiyev "Dinamo"sunda?

Ukraynanın "Dinamo" klubunda baş məşqçi dəyişikliyi ola bilər.

Futbolxeber.az saytının məlumatına görə, son turlardakı uğursuz oyunlar və komandanın Çempionlar Liqasından kənarda qalması belaruslu çalışdırıcı Aleksandr Xatskeviçin istefaya göndərilməsi ilə nəticələnə bilər.

Yerli mətbuat isə artıq 44 yaşlı mütəxəssisi əvəzləyə biləcək məşqçilərin adlarını açıqlayıb. Potensial çalışdırıcılar arasında "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun da adı var. Hazırda "Astana"ya başçılıq edən mütəxəssislə yanaşı, Andrey Şevçenko, Yuri Vernidub, Oleq Dulub və Leonid Kuçuk da Kiyev klubunun sükanı arxasına əsas namizədlərdən hesab olunur.

Qeyd edək ki, hazırda şəxsi işləri ilə bağlı "Astana"dan müvəqqəti olaraq ayrılan Qriqorçukun "Dinamo"dan təklif gələcəyi halda, bunu qəbul edə biləcəyi bildirilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31