28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Deşam: "Onlar finaldakı səhvlərini təkrarlamamağa çalışacaqlar"

"Dünya çempionatının finalında oynamaq böyük bir uğurdu. Bu görüşdən daha yaxşı oyun ola bilməz. İnamlı, sakit və diqqətli olmalıyıq.
 
Rəqib yaxşı təcrübəyə malikdi. Onların təcrübəli oyunçuları var. Amma biz turnir ərzində bu cür komandalarla qarşılaşmışıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Fransanın baş məşqçisi Didye Deşam DÇ-2018-in finalında Xorvatiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
 
"Yığmada Afrika əsilli və digər xarici ölkələrin oyunçuları var. Bütün bunlar fransız futbolunu zənginləşdirir. Biz hamımız fransızıq və bundan qürur duyuruq.
 
Kimin harada doğulduğu barədə danışmağa ehtiyac yoxdur. Ancaq oyunu izləyənlər öz ölkələrində anadan olanlarla fəxr edəcək" - deyə o bildirib.
 
Deşam final görüşünə ciddi hazırlaşdıqlarını vurğulayıb: "Final oyununa ciddi hazırlaşırıq. Bu, il ərzində ən vacib oyunumuzdu. Düzgün hazırlaşıb-hazırlaşmadığımızı nəticə göstərəcək. AÇ-2016-nın finalında oynamış 9 oyunçumuz var. Onlar finaldakı səhvlərini xatırlayır və həmin səhvləri təkrarlamamağa çalışacaqlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31