26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Ronaldo: "9 il əvvəl dediyim kimi, "Yaşasın Madrid!"

“Yuventus”la 4 illik müqavilə bağlayan Kriştiano Ronaldo 9 il çıxış etdiyi “Real”ın azarkeşlərinə məktub ünvanlayıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, Ronaldo məktubunda azarkeşlərə minnətdarlıq edib:
 
“Real” və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Bu şəhərə, bu azarkeşlərə və bu kluba hədsiz dərəcədə minnətdaram. Burda aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm.
 
Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də, “Real” rəhbərliyindən məni satmalarını xahiş etdim. Bu, mənim qərarımdır və azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm.
 
Bu, möhtəşəm 9 il idi. Eyni zamanda çox ağır idi. Çünki “Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam.
 
“Real” mənim və ailəmin ürəyini fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və “Santyaqo Bernabeu” daim mənimlə olacaq. 9 il əvvəl dediyim kimi, “Yaşasın Madrid!”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30