19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Qriqorçuk “Astana”nı şalışdıracaq?

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk gələn ay “Astana”nın sükanı arxasına keçə bilər.

Futbolxeber.az saytının Qazaxıstanın “Sportinform” agentliyinə istinadən verdiyi məlumata görə, ukraynalı mütəxəssis yekun qərarını ölkə kubokunun “Keşlə” ilə final oyunundan sonra açıqlayacaq. Onun əyalət təmsilçisində qala biləcəyi də istisna olunmur.

İddiaya görə, 53 yaşlı çalışdırıcı 3 ildir işlədiyi “qırmızı-qaralar”dan ayrılmaq üçün alışıb-yanmır. Amma klubun sponsorlarının növbəti mövsümdə büdcəni azaltmaq istəyi Qriqorçukun planları ilə üst-üstə düşmədiyindən baş məşqçi daha yüksək hədəfləri olan komandaya keçmək niyyətindədir. Bu baxımdan “Astana”nın ona tam uyğun gəldiyi qeyd olunur.

Ukraynalının qərarına təsir edə biləcək digər amil isə onun “Astana”nın prezidenti Sayan Xamitcanovla şəxsi tanışlığının olmasıdır. Qriqorçuk və meneceri vasitəçilər olmadan bir neçə dəfə Xamitcanovla görüşüb, müxtəlif mövzularda söhbət ediblər. Mütəxəssis artıq Qazaxıstan çempionatı, komandadakı vəziyyət və klubun imkanları ilə tanışdır. Əgər Qriqorçuk “Astana”ya baş məşqçi təyin olunsa, hazırkı çalışdırıcı Qriqori Babayanın da məşqçilər korpusunda yer alacağı və onun ən yaxın köməkçisi olacağı bildirilir.

Əlbəttə, Qriqorçuk Qazaxıstana getməyə də bilər. Bunu “Astana” rəhbərliyi də başa düşür. Odur ki, son ölkə çempionu paralel olaraq, klubun imkanları və Premyer Liqanı yaxşı tanıyan digər namizədlərlə də danışıq aparır. Ancaq bu, paytaxt klubunun alternativ variantı kimi dəyərləndirilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30