20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

ÇL-in qrupunda birbaşa oynayacaq 26 komanda: “Qarabağ” nə vaxt başlayır?

2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa oynayacaq 26 komandanın hamısı bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, qətiənin ən mötəbər klub turnirinə birbaşa sonuncu vəsiqəni dünən “Latsio”nu 3:2 hesabı ilə məğlub edərək İtaliya “A” seriyasında 4-cü yeri tutan “İnter” qazanıb. Milan təmsilçisi 2011/12 mövsümündən sonra ilk dəfə ÇL-də mübarizə aparacaq.

2018/19 mövsümündə ÇL-in qrupunda birbaşa oynayacaq komandalar:

İspaniya: "Barselona"*, "Atletiko", "Real", "Valensiya"

Almaniya: "Bavariya"*, "Şalke-04", "Hoffenhaym", "Borussiya" (Dortmund)

İngiltərə: "Mançester Siti"*, "Mançester Yunayted", "Tottenhem", "Liverpul"

İtaliya: "Yuventus"*, "Napoli", "Roma", "İnter"

Fransa: "Pari Sen-Jermen"*, "Monako", "Lion"

Rusiya: "Lokomotiv"*, ÇSKA

Portuqaliya: "Portu"

Ukrayna: "Şaxtyor"

Belçika: "Brügge"

Turkiyə: "Qalatasaray"

Çexiya: "Viktoriya"

Adlarının qarşısında ulduz qeyd olunan komandalar püşk zamanı birinci səbətdə yer alacaqlar.

NİYƏ ÇEXİYA?

2016-cı ildə Çempionlar Liqasının 2018/19, 2019/20 və 2020/21 mövsümü üçün yeni formatı təsdiq edilib. Reytinqdə ən yüksək yer tutan ilk dörd ölkənin ən güclü dörd komandası birbaşa ÇL-in qrupunda oynamaq hüququ əldə edir. Yeni mövsümdən bu hüququ İspaniya, Almaniya, İngiltərə və İtaliya əldə edib.

Yeni qaydalardan sonra Avropa Liqasının qalibi də ÇL-in qrupunda oynaya biləcək. Əvvəllər isə bu komanda pley-off mərhələsində çıxış edirdi.

UEFA-nın saytı yazır ki, AL-in hazırkı qalibi “Atletiko” eyni zamanda İspaniya çempionatında ikinci yeri tutmaqla da ÇL-ə vəsiqəni təmin etdiyindən bu vəsiqələrdən biri reytinqinə görə beşinci olan assosiasiyaya (indiki halda Fransaya) verilir.

ÇL-in bu mövsümkü qalibi də yeni mövsümdən yarışın qrupunda birbaşa oynamaq hüququ qazanacaq. Öz ölkəsinin liqasında tutduğu yerlə artıq ÇL-ə vəsiqəni təmin edən “Real” və “Liverpul”un cari mövsümün finalında da üz-üzə gəldiyini nəzərə alsaq, indiki qalibin vəsiqəsi hazırda reytinqinə görə UEFA-da 11-ci yeri tutan ölkəyə - Çexiyaya (“Viktoriya”) verilir.

“QARABAĞ” NƏ VAXT BAŞLAYIR?

Qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu “Qarabağ” da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək.

Qrup oyunlarına isə 18/19 sentyabrda start veriləcək.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30