24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

"Beşiktaş" "Fənərbaxça" önünə çıxmadı

Türkiyə Kubokunun yarımfinal mərhələsində “Beşiktaş” və “Fənərbaxça” arasında keçirilən və yarımçıq qalan cavab qarşılaşması gözlənildiyi kimi yenə baş tutmayıb.

Futbolxeber.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası oyunun mayın 3-də qaldığı yerdən - 57-ci dəqiqədən davam etdirilməsinə qərar vermişdi.

“Beşiktaş” isə oyuna çıxmaqdan imtina etmişdi. Ötən gün “Fənərbaxça” futbolçuları meydanda çıxaraq "Beşiktaş"ı gözləsə də, qonaq komanda oyuna gəlməyib.

Bununla bağlı yekun qərarı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi verəcək. Böyük ehtimalla, “Beşiktaş”a texniki məğlubiyyət veriləcək və “Fənərbaxça” finalda “Akhisar Belediyyespor”la üz-üzə gələcək.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda 2:2 hesabı qeydə alınmışdı. Cavab görüşündə isə matç dayanana qədər hesab açılmamışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30