24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

"Qurban Qurbanov diktator kimidir”

"Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu Ağdam klubunun transfer gündəmində olan zimbabveli futbolçu Xama Biliata məsləhət verib.

Futbolxeber.az saytının məlumatına görə, "kickoff.com"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun nizam-intizama çox diqqət yetirdiyini bildirən cənubi afrikalı forvard Billata Ağdam klubuna keçməzdən əvvəl ətraflı düşünməyi tövsiyə edib:

"Ona məsləhətim budur ki, əgər "Qarabağ"a keçsə, 100 də yox, 1000  faiz futbol haqda düşünməlidir. Komandanın baş məşqçisi Qurban Qurbanov diktator kimidir (gülür). Gecə həyatını sevən futbolçuları xoşlamır. O, şəhər barədə hər şeyi bilir, futbolçularının hər addımına nəzarət edir.

O rahatlıqla futbolçularından evə nə vaxt gəldiyini və gecəni harda keçirdiyini soruşa bilər. Sizin nə cavab verəcəyiniz önəmli deyil. Onsuz da hər şeyi bilir. Qurban Qurbanov özü futbola bağlıdır. Oyunçulardan da bunu tələb edir. O, istəyir ki, oyunçuları yatanda da futbolu düşünsün. Billiat da "Qarabağ"da futboldan başqa heç nə düşünə bilməyəcək".

Xatırladaq ki, hazırda Çinin "Xançjou Qrintaun" klubun oynayan Ndlovu 2016-2017 mövsümündə "Qarabağ"da çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30