25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Xarici futbol

Nazarov vurduğu möhtəşəm qoldan danışdı

"Vurduğum qol heç kimdə xüsusi maraq oyatmadı, heç məndə də. Bu da təəccüblü deyi. Çünki həmin oyunu uduzduq".

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri millimizin və “Aue”nin futbolçusu Dmitri Nazarov "Bild"ə açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi Almaniya 2-ci Bundesliqasının 31-ci turunda "Duyusburq"un qapısına vurduğu möhtəşəm qolu şərh edib. O, gözəl qola imza atmasına baxmayaraq, məğlub olduqlarına görə (1:3) sevinə bilmədiyini qeyd edib: "Mən o qolu qələbəmizə dəyişməyə razı olardım. Ancaq şadam ki, uzun müddətdən sonra qol vurdum. Qol ehtiyyatımı artırmaq üçün qarşıda daha 3 oyun var".

Nazarov 2-ci Bundesliqanın 32-ci turunda bu gün "Bohum"la keçiriləcək oyun haqda da danışıb: "Əminəm ki, rəqib hücumda oynayacaq. Onların Bundesliqaya yüksəlmək şansı qalır. Oyun ərzində diqqətli olmalıyıq. Xüsusilə də ilk 20 dəqiqədə. Başımızı itirməməliyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30