28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

FİFA həmyerlilərimizin klubunu cəzalandıra bilər

Azərbaycanlı futbolçular Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduğu Türkiyənin birinci liqa təmsilçisi "Dənizlispor" klubu cəzalandırıla bilər. Futbolxeber.az-ın məlumatına görə, əvvəllər komandanın şərəfini qoruyan legioner futbolçulara təxminin 2 milyon 450 min avro borcu olan komanda bu məbləği ödəməyəcəyi təqdirdə kluba transfer qadağası qoyula, xalı silinə və hətta aşağıya liqalara düşürülə bilər.

Bu barədə danışan klub prezidenti Süleyman Urkay bildirib ki, maaşlarını ala biləməyən sözügedən futbolçular FİFA və Beynəlxalq Arbitraj məkhəməsinə müraciət etdikləri üçün ödəniləcək məbləğ 8-10 dəfə daha da artıb.

Qeyd edək ki, “Dənizlispor” keçmiş futbolçuları Emil Angelova 76 min, Martin Horaka 442 min, Branimir Bajiçə 196 min, Valmir Ribeyroya 500 min, David Sillaya 466 min, Uesli Qonçalvesə 418 min ( 200 min avro ödənilib), İbrahim Banquraya 220 min və Erik Odhiamboya isə 221 min avro məbləğində pul ödəməlidir.

 

    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31