25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Xarici futbol

Şehiç: “Hər bir qapıçı qol buraxmayanda özünü xoşbəxt sayır"

Bosniya və Herseqovina millisinin və “Qarabağ”ın qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlama verib.
 
Futbolxeber.az xəbər verir ki, ötən gün yoxlama görüşündə Seneqala qarşı 90 dəqiqə oynayan qolkiper komandasının çıxışından razı qalıb:
 
“Rəqibi analiz edib, oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmalı idik. Çünki Seneqaldan daha çox qol imkanımız oldu. İki yaxşı yoxlama oyunu keçirdik. Yeni məşqçilər korpusu ilə tanışıq. Hesab edirəm ki, bu komanda zamanla daha yaxşı oynayacaq. Kollektiv kimi daha da inkişaf edib, bizi qarşıda gözləyən böyük turnirə hazır olacağıq”.
 
Bolqarıstan və Seneqalla oyunlarda (1:0, 0:0) qapısını toxunulmaz saxlayan Şehiç yenidən milli komandaya dəvətə alacağına ümid edir:
 
“Hər bir qapıçı qol buraxmayanda özünü xoşbəxt sayır. Əsas odur ki, əsl komanda kimi oynadıq. Şadam ki, son 2 qarşılaşmada əsas heyətdə meydana çıxdım. İnanıram ki, yenidən bu şansı qazanacağam. Milli komanda ilə yaxşı nəticələrə imza atmaq istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30