20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Azərbaycan millisinə qol vura bilməsəydik, hamımız ağlayacaqdıq"

"Layiqli qələbə qazandıq. Ola bilsin, qol bir qədər gecikdi. Amma çoxlu şansımız oldu, topa daha çox sahib idik".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu İrlandiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Noel Kinq Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə qrup matçından sonra deyib.
 
62 yaşlı mütəxəssis bildirib ki, komandası oyunu ciddi səhvə yol vermədən keçirib: "Biz daha çox rəqib komandanın cərimə meydançası daxilində və onun ətrafında olduq. Sonradan adi hücumlardan birbaşa həmləyə keçdik. İlk yarıda kifayət qədər yaxşı oynamadıq. Sanki oyunçularım bununla barışmışdılar. 8 gün birgə olduğumuz müddətdə ən pis dövrümüz məhz bu 45 dəqiqəlik bölüm idi. Əsl həqiqətdə isə bu, maksimuma can atmaq istəyimizlə uzlaşmırdı".
 
Təcrübəli baş məşqçinin fikrincə, komandası qol vura bilməsəydi, hamı ağlayacaqdı: "Bu da ruh yüksəkliyindən irəli gələn psixoloji məqamdır. İndi bu uşaqlardan kiməsə Almaniyanı uda bilməyəcəklərini desəniz, onlar sizə çox sərt baxarlar".
 
Qeyd edək ki, İrlandiya Azərbaycan yığmasını 90+9-cu dəqiqədə Şon Donnelanın vurduğu qolla məğlubiyyətə uğradıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30