29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

UEFA-dan 4-cü əvəzetməyə icazə

UEFA növbəti mövsümdən Çempionlar Liqası və Avropa Liqası ilə bağlı yenilikləri açıqlayıb.
 
Futbolxeber.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, əsas dəyişiklik oyun zamanı komandaların 4-cü əvəzetmə hüququnun təsdiqlənməsi ilə bağlıdır. Yeni qayda yalnız əlavə vaxt olduğu təqdirdə tədbiq edilə bilər.
 
Bundan başqa, ÇL və AL-in final oyunu, UEFA Superkubok matçı zamanı sifariş ərizəsinə 23 futbolçunun adı daxil edilə biləcək. Yəni, ehtiyat heyətdə artıq 12 futbolçu yer alacaq.
 
Digər dəyişiklik isə transferlərlə bağlıdır. Artıq avrokuboklarda çıxış edən istənilən klub qış fasiləsində sifariş ərizəsinə 3 yeni futbolçunun adını əlavə edə biləcək. Həmin oyunçuların mövsüm ərzində avrokuboklarda başqa bir klubun forması ilə meydana çıxması onların yeni komandalarında oynamalarına mane olmayacaq. UEFA həmin məhdudiyyəti də aradan qaldırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31