20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Azərbaycan millisində Mahir Mədətov və bir neçə faydalı oyunçu var”

“Azərbaycan millisində Mahir Mədətov və bir neçə faydalı oyunçu var”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu İrlandiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Noel Kinq bu gün Azərbaycan millisinə qarşı keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunundan əvvəl deyib.
 
62 yaşlı mütəxəssis bildirib ki, Dublindəki “Tallaght” stadionunda baş tutacaq görüş komandası üçün çox önəmlidir: “Bu, asan tapşırıq olmayacaq. Lakin seçmə mərhələdə sərgilədiyimiz futbolu ortaya qoya bilsək, yaxşı şans əldə edəcəyik. Bu oyunu səbrsizliklə gözləyirik. Daha əvvəl yoldaşlıq görüşündə İslandiya üzərində 3:1 hesabı ilə əla qələbə qazandıq. Həmin qalibiyyət qarşıdakı matç üçün bizdə əminlik yaradır. Seçmə mərhələdə yaxşı çıxış edirik və bunu davam etdirməliyik. Komandamız yaxşı görünür”.
 
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Seçmə mərhələdə 5 oyun keçirən İrlandiya yığması 10 xalla 3-cü pillədə qərarlaşıb. Azərbaycan millisi isə 6 matçdan 1 xal toplayıb və sonuncu yerdədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30