23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

"Fənərbaxça"nın futbolçusu keçmiş klubunu məhkəməyə verib

Türkiyənin "Fənərbaxça" komandasının futbolçusu Matyö Valbuena keçmiş klubu Fransa "Marsel"ini məhkəməyə verib.
 
Futbolxeber.az saytının verdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçi üst-üstə 618 min avro tələb edir. Bu məbləğdən 568 min avrosunu fransalı oyunçunun keçmiş agenti Kristof Yuttoya ödədiyi, 50 min avrosu isə ona dəyən mənəvi ziyandır.
 
Valbuenanın iştirakı ilə qalmaqal 2014-cü ilin yayında "Marsel"dən Rusiyanın "Dinamo" (Moskva) klubuna keçdiyi vaxt baş verib. Oyunçu agentinə pulu, transferini yay pəncərəsinin sonunadək yekunlaşdıracağı təqdirdə ödəməli imiş. Lakin transfer baş tutsa da, o, həmin vəsaiti ödəməyib. Nəticədə agentinə olan borc üzündən Valbuenanın "Porsche Cayenne" markalı avtomobili məhkəmə tərəfindən müsadirə olunub. Sonradan Valbuena borcunu bağlasa da, pullarını geri istəyib. Təcrübəli oyunçunun sözlərinə görə, "Marsel"in prezidenti Vensan Labrün transferin gerçəkləşdiyi vaxt klubun agentə lazımi miqdarda vəsaiti futbolçunun mükafatları hesabına ödəcəyinə dair şifahi öhdəlik götürüb. 
 
Məhkəmə ilk iddia ərizəsini rədd edib. İşlə bağlı qərar iyunun 13-də çıxarılacaq.
 
Qeyd edək ki, Matyö Valbuena 2006 - 2014-cü illərdə çıxış etdiyi "Marsel"dən Moskva "Dinamo"suna, 2017-ci ilin iyununda isə "Fənərbaxça"ya keçib. O, "sarı-lacivərdlilər"in heyətində 15 oyuna 5 qol vurub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30