19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Qalatasaray”: liderliyə davam

Türkiyə Superliqasında 25-ci turun oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, “Qalatasaray” öz meydanında “Konyaspor”la qarşılaşıb.

Artıq ikinci dəqiqədə qapısında qol görən “Cim-Bom” ilk yarıda hesabı bərabərləşdirməyə yaxın olsa da, Qomis penaltini qaçırıb.

Əvəzində ikinci hissədə “Qalatasaray” arzuladığı qolları vurub. Əvvəlcə Qomis səhvini düzəldib. Sona 4 dəqiqə qalmış isə Sinan Gümüş qələbə qolunu vurmağa müvəffəq olub - 2:1.

“Qalatasaray” - “Konyaspor” 2:1

Qollar: Moke, 2 (0:1), Qomis, 69 (1:1), Gümüş, 86 (2:1)

Qeyd edək ki, ardıcıl üçüncü qələbəsini qazanan Fatih Terimin komandası 50 xalla liderliyini qoruyur. “Beşiktaş” və “Başakçehir”in 50, dördüncü pillədə qərarlaşan “Fənərbaxça”nın isə 47 xalı var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30