20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Millimizin rəqibi hücumçusunu itirdi

Martın 23-də Finlandiya, 27-də isə Azərbaycanla yoxlama oyunu keçirəcək Makedoniya yığması ciddi itki ilə üzləşib.
 
Futbolxeber.az xəbər verir ki, baş məşqçi İqor Angelovski komandasının əsas üzvü Ferhan Hasaninin xidmətindən məhrum olub. 
 
27 yaşlı hücumçu zədə səbəbindən həm Finlandiya, həm də yığmamızla matçı buraxa bilər. "Şkendiya"nın üzvü Makedoniya kuboku çərçivəsində "Vardar"la keçirilən görüşdə zədə alıb.  Matçın 29-cu dəqiqəsində zədə alan Hasaninin millinin toplanışından kənarda qalması ehtimal edilir.  
 
Angelovski yoxlama görüşləri üçün milliyə 19 futbolçu dəvət edib. Əgər Hasaninin zədəsi ciddi olsa, onun əvəzinə düşərgəyə yeni futbolçu cəlb olunacaq. 
 
Qeyd edək ki, martın 27-də Türkiyənin Antalya şəhərində yerləşən "Mardan" stadionunda keçiriləcək Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30