20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
 
Futbolxeber.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq tədbir zamanı cütlərin tərkibi "kor püşk"ə əsasən müəyyənləşəcək.
 
Yəni, komandaların səpələnmişlər və səpələnməmişlər səbətlərinə, eləcə də ölkə bölgüsü aparılmayacaq. Yeganə istisna odur ki, Rusiya və Ukrayna komandaları bir-birilərinə rəqib olmayacaq.
 
1/8 finalçılar bunlardır: "Milan" (İtaliya), "Arsenal" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Atletik" (Bilbao, İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Marsel" (Fransa), MOİK (Moskva, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Latsio" (İtaliya), "Lokomotiv" Moskva, Rusiya), "Leyptsiq" (Almaniya), "Viktoriya" (Plzen, Çexiya), "Zalsburq" (Avstriya), "Sportinq" (Portuqaliya), "Lion" (Fransa), "Zenit" (Rusiya).
 
Oyunlar martın 8-də və 15-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında təşkil olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30