28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Dmitri Nazarov: "Yarışdan geri çəkilmək niyyətində deyilik"

"Son iki matçda çempionatın liderləri ilə qarşılaşdıq və heç-heçəyə nail olduq. Bu, bizə əminlik verir". Futbolxeber.az xəbər verir ki, bu sözləri Almaniyanın "Aue" klubunda forma geyinən milli komandamızın üzvü Dmitri Nazarov deyib.  
 
"Bənövşəyilər" bu mövsüm də çempionatda qalmaq uğrunda mübaizə aparırır. Lakin komandanın nəticələri ürəkaçan deyil. 2018-ci ildə çıxdığı 5 oyundan cəmi 2 xal toplayan Erzgebirge təmsilçisi təhlükəli zonanın yaxında yerləşir.  
 
Amma Nazarov nikbindi və komandasının qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyinə inanır: "Dediyim kimi, son iki oyunda çempionatın liderlərin xal aldıq. Xüsusən də "Holstein Kiel"ə qarşı keçirdiyimiz oyunu qeyd etmək istərdim. 25-ci dəqiqəyədək qapımızda iki qol görmüşdük və ilk hissəsinin sonuna qədər hesabı bərabərləşdirdik. Həmin oyunda itirəcəyimiz heç nmə yox idi, daha yaxşı oynayıb nəticə əldə etdik".  
 
26 yaşlı futbolçu "Aue" çempionatda qalacağına, yüksək yerlər uğrunda mübarizə aparacağına ümid edir: "Komandamızın oyununda irəliləyiş var. İlk oyunda bizə çətin idi, amma bilirik ki, irəliyə doğru gedirik. Yarışdan geri çəkilmək niyyətində deyilik. Komandamız çempionatda qalmalı və daha da irəli getməlidi".
 
Qeyd edək ki, Nazarov bu mövsüm komandasının heyətində iştirak etdiyi 19 oyunda 2 qol vurub.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31