18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

"Mançester Yunayted"lə "Atletiko"nun futbolçuları danışılmış oyuna görə cəzalandırıla bilər

İspaniya prokurorluğu 2010/2011 mövsümünün XXXVIII çərçivəsində keçirilmiş “Levante” – “Saraqosa” matçının iştirakçılarının 6 il müddətə futboldan kənarlaşdırılmalarını və 2 illik həbs olunmalarını tələb edib.
 
Futbolxeber.az saytının verdiyi məlumata görə, qonaqların 2:1 hesabı ilə qalib gələrək La Liqada yerlərini qoruduqları matçın iştirakçıları arasında hazırda İngiltərə “Mançester Yunayted”inin formasını geyinən Andre Errera, “Atletiko”nun kapitanı Qabi, “Lester”in üzvü Visente İborra kimi futbolçular var.
 
Şübhəlilər sırasında “Saraqosa”nın sabiq baş məşqçisi Xavyer Agirre də var.
 
Qeyd edək ki, oyunçuların günahı sübuta yetirilərsə, onlara 6 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilə bilər. Lakin bu futbolçuların 2 il müddətinə həbs olunmaları real deyil. Çünki İspaniya qanunlarına əsasən, 2 ilədək olan həbslər şərti xarakter daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30