26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Mahir Şükürov türklərə güzəştə getdi

Türkiyənin II liqasında mübarizə aparan “Karşıyaka” Azərbaycan millisinin sabiq müdafiəçisi Mahir Şükürova borcunu qaytarıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Karşıyaka”nın vitse-prezidenti Gökhan Şensan açıqlama verib.
 
O, yerli mətbuata açıqlamasında bu gün Şükürovla görüşdüklərini və ortaq məxrəcə gəldiklərini bildirib.
 
Vitse-prezidentin sözlərinə görə, futbolçu 1,5 milyon lirəlik borcun 1 milyonundan imtina edib: “Biz də ona 500 min lirə (224 min manat) ödədik. Əgər Şükürovla bu məsələdə razılığa gəlməsəydik, bizə qoyulan vaxt bu gün bitəcək və klubun 6 xalı silinəcəkdi. Onunla görüşərək, xal silinmə cəzasından qurtulduq. Mahir Şükürova xoş niyyətli davranışına görə təşəkkür edirik. Bundan sonrakı idman həyatında ona uğurlar arzulayırıq. Klub rəhbərliyi qısa müddətdə böyük yükün altına girdi. Bunun öhdəsindən gəlməyə çalışırıq”.
 
Qeyd edək ki, Mahir Şükürov 2014-15 mövsümündə “Karşıyaka”nın heyətində 19 oyun keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30