19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

"Bursaspor" "Qarabağ" klubunun futbolçusu ilə danışıqlara başlayıb

"Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda Türkiyə "Bursaspor"unun maraq dairəsinə düşüb. 
 
Futbolxeber.az saytının verdiyi məlumata görə, hazırda 29 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparılır.
 
"Timsahlar"ın baş məşqçisi Pol Le Quen klub rəhbərliyindən orta sahənin gücləndirilməsini istəyib. Transfer pəncərəsinin qapanmasına bir neçə gün qalmış bu istiqamətdə çalışmalar gücləndirilib. "Yaşıl-ağlar" ilkin hədəf kimi Hollandiya "Feyenoord"undan 33 yaşlı Kərim əl-Əhmədini hədəfə alıblar. Klub alternativ variant kimi Almeydanı müəyyənləşdirib.
 
Qeyd edək ki, "Bursaspor" bu yaxınlarda Azərbaycan milli komandasının futbolçuları Deniz Yılmaz və Ozan Can Kökçü ilə yollarını ayırıb. Yılmaz "Gənclərbirliyi"nə transfer olunub, Kökçü isə Hollandiya "Valveyk"inə icarəyə verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30