18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

De Rossi: "Qarabağ"la oyun derbilərdən fərqlənmir"

"Qarabağ”la oyuna bütün vacib matçlara olduğu kimi hazırlaşırıq. Bu, derbilərdən - "Yuventus",  "Milan"a qarşı görüşlərdən heç nə ilə fərqlənmir".

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Roma"nın futbolçusu Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Taktiki cəhətdən yaxşı oynamılıyıq. Qalib gəlməliyik. Bu mövsüm bütün matçlara belə yanaşmışıq və bu, bizdə özünəinam hissi yaradıb" - deyə o bildirib.

De Rossi söyləyib ki, heç vaxt ÇL-də belə güclü rəqiblərlə qarşılaşmayıblar: "Biz dəfələrlə qrup mərhələsini keçmişik. Amma heç vaxt belə güclü rəqiblərlə qarşılaşmamışıq. "Qarabağ" "Atletiko"dan xallar almağı bacarıb, "Çelsi"yə əməlli-başlı problem yaradıb. İlk növbədə, diqqətimizi bu mərhələni keçməyə yönəldək. Bundan sonra Çempionlar Liqasında mənim üçün ən gözəl gecələrdən birini yaşayaq".

Qeyd edək ki, "Roma" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30