24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Xarici futbol

Serbiya və İslandiya mundialda!

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə D, G və İ qruplarında sonuncu oyunlar keçirilib.
 
Futbolxeber.az xəbər verir ki, D qrupunda Gürcüstanı qəbul edən Serbiya minimal hesablı qələbə sayəsində mundiala vəsiqəni rəsmiləşdirib. Qrupda bu vəsqəyə iddialı digər komandalar - Uels və İrlandiya isə birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Serbiya evdə büdrəyəcəyi halda, britaniyalılar doğma meydanda qalib gələrək, dünya çempionatna “bilet” əldə edə bilərdilər. Əks halda isə Uelsdəki matçda qalib tərəfi pley-off oyunları gözləyəcəkdi. İrlandlar səfərdə minimal hesabla qalib gəlməklə bu şansa yiyələniblər.
 
G qrupunda hər şeyə aydınlıq gəldiyindən, son turda baş tutan oyunlar formal xarakter daşıyırdı. “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi İtaliya yığmasını qəbul edib və minimal hesabla uduzub. İspaniya İsrailə tək qolla, Makedoniya isə Lixtenşteynə 4 topla qalib gəlib.
 
İ qrupunda mundiala vəsiqə şansını itirən Türkiyə millisi səfərdə Finlandiya yığması ilə qarşılaşıb. Dörd qolluq oyunda qalib müəyyənləşməyib. Ötən həftə səfərdə “ay-ulduzlular”ı darmadağın edərək (3:0) liderliyə yüksələn İslandiya yığması isə evdə Kosovonu məğlub edərək mundiala birbaşa vəsiqə qazanıb. İslandiyanın doğma meydanda xal itirmək ehtimalının az olduğunu nəzərə alsaq, Ukrayna - Xorvatiya matçında pley-off mərhələsinin iştirakçısının adına aydınlıq gəlmək ehtimalı daha çox idi. Səfərdə 2 cavabsız qolla üstün olan xorvatlar pley-off oyunlarına vəsiqə qazanıblar.
 
DÇ-2018-in seçmə mərhələsi
9 oktyabr
 
D qrupu
 
Moldova - Avstriya 0:1
Qol: Şaub, 69.
 
Serbiya - Gürcüstan 1:0
Qol: Priyoviç, 74.
 
Uels - İrlandiya 0:1
Qol: Makklin, 57.
 
Serbiya – 21, İrlandiya – 19, Uels – 17, Avstriya – 15, Gürcüstan – 5, Moldova – 2.
 
G qrupu
 
Albaniya - İtaliya 0:1
Qol: Kandreva, 73.
 
İsrail - İspaniya 0:1
Qol: İlyaramendi, 76.
 
Makedoniya - Lixtenşteyn 4:0
Qol: Musliu, 36. Traykovski, 39. Bardi, 66. Ademi, 68.
 
İspaniya – 28, İtaliya – 23, Albaniya – 13, İsrail – 12, Makedoniya – 11, Lixtenşteyn – 0.
 
İ qrupu
 
Finlandiya - Türkiyə 2:2
Qol: Arayuri, 76. Pohyanpalo, 88 - C.Tosun, 57; 83.
 
İslandiya - Kosova 2:0
Qol: Siqurdsson, 40. Qudmundsson, 68.
 
Ukrayna - Xorvatiya 0:2
Qol: Kramariç, 62; 70.
 
İslandiya – 22, Xorvatiya – 20, Ukrayna – 17, Türkiyə - 15, Finlandiya – 9, Kosovo - 1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30