29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Namaşko "Neftçi" variantından danışdı

Moldova milli komandasının qapıçısı Stanislav Namaşko karyerasını yenidən Azərbaycanda davam etdirmək variantından danışıb.
 
Futbolxeber.az-ın məlumatına görə, təcrübəli qapıçı açıqlamasında "Neftçi"yə keçmək variantı haqda mətbuatda yazılanlara münasibət bildirib. Onun sözlərinə görə, bu klubdan təklif almayıb: "Hazırda mənə "Neftçi" variantı haqda heç nə məlum deyil. Buna görə də sizə bu informasiyayla bağlı heç nə cavab verə bilmərəm. Çünki bu haqda məlumatım yoxdu".
 
Xatırladaq ki, "Neftçi" millimizin də üzvü olan əsas qapıçısı Səlahət Ağayevi ağır zədə üzündən uzun müddətə itirib. Türkiyədə əməliyyat olunan 27 yaşlı qolkiper ən azı 3 ay, yəni bu il bir daha oynamayacaq. Belə olan halda, yeni qapıçı transferi gündəmə gəlib. Stanislav isə 2014-16-cı illərdə AZAL-da, "Neftçi"nin yeni baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında oynayıb. 31 yalı Namaşko ölkəmizdən gedəndən sonra Yunanıstan Super Liqasında "Levadiakos"da oynayıb və hazırda klubsuzdu.

sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31