24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Xarici futbol

"Selta" azarkeş azlığına görə cərimələndi

İspaniyanın "Selta" klubu La Liqadakı ilk 2 ev oyununda tamaşaçı sayının azlığı səbəbindən cərimələnib. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə La Liqa rəhbərliyi qərar qəbul edib. Yeni qaydalara əsasən, klublar oyunun yayımı zamanı əsas kamera ilə üzbəüz sektorun ən azı 70 faizini doldurmağa borcludurlar. "Selta" isə bu tələbi yerinə yetirə bilmədiyi üçün pul cəzasına məruz qalıb. 
 
Viqo şəhərindəki "Balaidos" stadionunda "Selta"nın ilk 2 ev oyununa orta hesabla 17 172 tamaşaçı gəlib. Halbuki arenanın tutumu 32 500 nəfərlikdir. Bununla əlaqədar klub "Xetafe" ilə sentyabrın 21-də keçirəcəyi növbəti ev oyununda kamera ilə üzbəüz tribunaya biletlərin qiymətini 40 avroya endirib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30