18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

Qari Keyhil: “Qarabağ”a qeyri-ciddi yanaşmırıq”

Cəzası səbəbindən Premyer Liqanın son turlarının oyunlarını buraxan “Çelsi”nin mərkəz müdafiəçisi Qari Kehil “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında komandasına kömək edə bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda Britaniyanın “Express” nəşri xəbər yayıb. Qəzetə müsahibəsində özünü qarşıdakı görüşə hazır sayan Kehil bildirib ki, “Çelsi” qitənin ən nüfuzlu yarışında oynamağa layiqdir: “Mən çox şadam ki,  komandam yenidən həmin yarışda çıxış edəcək. Əlimizdən gələni edəcəyik ki, bizim üçün mümkün olan ən yüksək uğura nail olaq. Səbirsizliklə meydana çıxacağım günü gözləyir və səylə məşq edirəm”.

31 yaşlı futbolçu “Qarabağ” barədə də danışıb: “Belə bir yarışda oynamaq hüququ əldə ediblər. Ona görə də biz rəqibimizə qeyri-ciddi yanaşmırıq”.

Qeyd edək ki, Çempionlar Liqasının C qrupunun “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək (qol.az)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30