20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Araz Abdullayev "Qəbələ" barədə danışmaq istəmədi

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazamasından sonra hamı milli komandadan da yaxşı nəticə gözləyir”.
 
Futbolxeber.az xəbər verir ki, bunu "Report”a Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev Norveç yığması ilə səfərdə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup oyununu şərh edərkən deyib.
 
25 yaşlı yarımmüdafiəçi bildirib ki, Osloda ən azı uduzmamağa çalışacaqlar. O, baş məşqçi Robert Prosineçkinin şans verəcəyi halda, meydana çıxmağa hazır olduğunu söyləyib: "Bakıda Norveçi 1:0 hesabı ilə məğlub etmişik. Səfərdə də ən azı uduzmamaq üçün əlimizdən gələni edəcəyik. Lakin istəyimiz 3 xaldır. Baş məşqçisi şans verəcəyi halda oynamağa hazıram”.
 
Abdullayev yay fasiləsində müqavilə üzrə məxsus olduğu "Qəbələ”dən ayrılaraq, Kiprin "Anortosis” klubuna icarəyə yollanıb. Cinah oyunçusu bu keçid barədə danışmaq istəməsə də, yeni klubunda özünü yaxşı hiss etdiyini bildirib: "Kiprdə yeniyəm, uyğunlaşmağa çalışıram. Məşqlərimizi davam etdiririk. Çempionatın ikinci turunda səfərdə qalib gəldik. Hər şey qaydasındadır. Kiprdə Azərbaycanı yaxşı təmsil etməyə çalışıram” .
 
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 1-də Norveçlə Osloda, sentyabrın 4-də isə San Marino ilə Bakı qarşılaşacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30