25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Xarici futbol

Millimizin rəqibi: “Maksimum dərəcədə məsuliyyətli olmalıyıq”

“Millinin qarşıdakı oyunlarında da məsuliyyəti öz üzərimə götürəcəm”.
 
Futbolxeber.az saytı xəbər verir ki, bu sözləri Norveç yığmasının futbolçusu Coşua Kinq deyib.
 
Skandinaviya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycan millisini qəbul edəcək.
 
Ölkəsinin mətbuatına danışan Kinq bu oyuna və ayın 4-də Almaniya ilə keçiriləcək matça böyük önəm verdiklərini bildirib: “Baş məşqçi Lars Laqerbek məni kənara çəkib, yığmanın liderlərindən biri olduğumu dedi. Bunu dünyanın ən yaxşı liqalarından birində çıxış etməyimlə əlaqələndirdi. Təbii ki, mənim haqda bu cür düşünməsində milliyə keçirdiyim əvvəlki oyunlar da rol oynayıb. Kapitanlıq sarğısını kimin daşımasının önəmi yoxdu. Mən bütün görüşlərdə ürəkdən oynayıram, əlimdən gələni edirəm. Meydanda maksimum dərəcədə məsuliyyətli olmaq lazımdı”.
 
Qeyd edək ki, “Bornmut”un formasını geyinən 25 yaşlı hücumçu 2012-ci ildən Norveç millisinin şərəfini qoruyur. O, yığmada 28 oyuna 7 qola imza atıb.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30