20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Kutrone: “San Siro”da oynamaq həmişə arzum olub” (MÜSAHİBƏ)

“Milan”ın hücuymçusu Patrik Kutrone sosial şəbəkələrdə #AskCutrone haştağı ilə azarkeşlərin verdiyi sualları cavablandırıb.

- Məqsədin nədir?

- Bacardıqca daha çox qol vurmaq və əlbəttə ki, daha çox oynamaq.

- Səni öz oyunu ilə ən çox ruhlandıran hücumçu və ən çox çəkindiyin müdafiəçi kimdir?

- Məni ruhlandıran hücumçu Moratadı. O, həmişə mənim kumirim olub. Müdafiəçilərə gəlincə... xoşbəxtlikdən onların əksəri mənimlə bir komandada oynayır, məsələn, Bonuççi və Zapata. Hansılarına qarşı oynamağa gəlincə, bunu demək çox çətindir, belə ki, onların sayı çoxdur.

- Bu yay ən çox hansı komanda yoldaşınla dostlaşmısan?

- Lokatelli ilə uzun illərdi dostuq, amma bu yay Kessi ilə. Amma başqa komanda yoldaşlarımla da münasibətim əladır.

- Hansı komanda yoldaşlarınla meydanda qarşılaşmaq istəməzdin?

- Dəqiq deyə bilmərəm, çünki onların hamısı çox güclüdür. Müdafiəçilərə gəlincə, bəlkə də Bonuççi və Zapata ilə.

- Hər qoldan sonra qolundakı döyməni öpürsən, bunun nəsə mənası var, ya kiməsə təşəkkürdür?

- Bu cür qol sevincini ötən mövsüm döyməni edəndən sonra seçmişəm. Orada ailəm təsvir olunub və hər dəfə onlara bu cür minnətdarlığımı bildirməkdən yorulmuram.

- Meydandan kənarda nələri etməyi sevirsən?

- Dostlarla görüşmək, onlarla gəzmək və suşi yemək... hansı keyfiyyətlər ki, bütün yeniyetmələrin xoşuna gəlir.

- “San Siro”nu dolu görəndə nə hisslər keçirirsən?

- “San Siro”da oynamaq həmişə arzum olub.  Ona görə bunu sözlə ifadə etmək mümkünsüzdür.

- Bu yay Çin səfərində səni ən çox nə heyrətləndirdi?

- Bu, böyük təcrübə oldu, hansı ki, həyatın başqa yönü ilə rastlaşdım və qonaqpərvər Çin azarkeşləri ilə tanış oldum. Həqiqətən möhtəşəm idi.

- Pippo ilə çalışarkən o, öz sirlərindən səni xəbərdar edirdi?

- Təəssüf ki, onunla mən çox az məşq etdim, hardasa 1 ay. Mister Pippo Primaveraönı çalışdırırdı, mən isə 2 yaş aşağı Allievi-də çıxış edirdim. Amma bu ay ərzində o, bir neçə məsləhət vermişdi. Məsələn, meydanda necə hərəkət etmək və hər bir məsləhəti çox vacib idi.

- Manuel Lokatelli ilə münasibətin necədir və onunla bağlı maraqlı nəsə danışa bilərsən?

- Manuel ilə biz dostuq və artıq 9 ildir ki, biryerdə çıxış edirik. Hadisəyə gəlincə, yadımdadır, biz 15 yaşında Giovannisimi-də çıxış edəndə 1/8 finalda “Torino”ya qarşı çıxış edirdik və mütləq qələbə qazanmalı idik. Son dəqiqələrdə qapımıza cərimə zərbəsi təyin olundu və mən Lokatelliyə yaxınlaşıb dedim ki, topu ələ keçirən kimi qabağa ötür. Belə də oldu, o, uzun ötürmə etdi və qol vurdum.

- Bu cür gənc yaşda “Milan”da oynamaq necə bir hissdir?

- İnanıram ki, bu, hər bir oğlan uşağının arzusudur. Bu mənada mən ən xoşbəxt insanam və əlimdən gələni edəcəm ki, uzun illər burada qalım

Tərcümə etdi: Fuad ŞƏRİFOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30